Bakıda “Topaz” məntəqəsinə silahlı hücum

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “Topaz” məntəqəsinə silahlı hücum

Hadisə

24 Sentyabr 2019 10:02 1232


Bakıda “Topaz” məntəqəsinə oyuncaq tapanca ilə basqın olub.

“Yeni Sabah” xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində qeydə alınan quldurluq hadisəsi barədə məlumat verilib. Müraciətlə əlaqədar dərhal Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Sezar pizza

Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib. 

“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!