Bakıda törədilən qətllə bağlı yeni detallar: “Haradan bilim ki, çantalarda meyit tikələri var?”

saytların hazırlanması

Evə çatdırılma

Bakıda törədilən qətllə bağlı yeni detallar: “Haradan bilim ki, çantalarda meyit tikələri var?”

Kriminal

29 İyul 2026 20:31 88


Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" Lent.az-a istinadən xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid N.V. taksi sürücüsü işlədiyini bildirib: Pepperoni pizza

"Dərmanlarımı almaq üçün aptekə gedirdim. Yolda adının sonradan Fazil olduğunu bildiyim şəxs əl eləyib məni saxladı. Dedi ki, "Şamaxinka"ya gedəcəyəm, neçəyə apararsan?" Gediş haqqının 10 manat olduğunu dedim, yola düşdük. Çatana yaxın Fazil qəfil fikrini dəyişdi, xahiş elədi ki, maşını onun yaşadığı evə sürüm, yükləri var, Ağsuya gedəcək. Dedim 100 manata başa gələr. Fazil dedi o qədər pulu yoxdur. Məni dilə tutdu, 85 manata razılaşdıq. Maşını evə sürdüm. Fazil düşüb evə getdi, çox keçmədi ki, bu adamla (təqsirləndirilən Ülvi Abbasova işarə edir) gəldi, hərəsinin əlində böyük yük var idi, yapışqanla sarınmışdı. Sonra təzədən geri evə qayıtdılar, ikisinin də güclə götürdüyü böyük bir çanta ilə qayıtdılar. Haradan bilim, ağlıma da gəlməzdi ki, bu çantalarda meyit tikələri ola bilər.

Ağsuya çatanda dedi ki, "zibillər qaldı, köhnə yorğan üzləridir, dərədən atacağam". O, baqajda olan yüklərdən götürüb Ağsu aşırımından tulladı. Sonra dedi ki, "susuzluqdan yanıram, düşüb çay içək, sonra gedərik". Tərpənmək istəyəndə "Prado" markalı maşın qabağımızı kəsdi ki, "siz qadağan olunmuş əraziyə zibil atmısınız".

Fazil deyirdi ki, Cavanşir gölündə əmisi uşaqları balıq tuturlar, "sənə də verərəm". Gedib gördük ki, kanalda heç kim yoxdur. Mən təbii ehtiyacımı ödəmək üçün ağacın arxasına keçəndə suya şappıltı ilə ağır bir şeyin düşdüyünü eşitdim. Fazilin yanına qayıdanda o - "ağsaqqal, əmim uşaqları məni aldadıblar, burada deyilmişlər", - dedi. Mən artıq ondan şübhələnməyə başladım. Qayıtdıq Ağsuya. Yolda Fazil maşını qəfil saxlatdı ki, "ağsaqqal, sən qayıt Bakıya, mən burada dostumla qalacağam". Mən ondan 85 manatımı alıb qayıtdım Bakıya. Bir neçə gün sonra məni polisə çağırdılar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!