Bakıda toz dumanının müşahidə edilməsi ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakıda toz dumanının müşahidə edilməsi ilə bağlı açıqlama

Sosial

12 Avqust 2022 20:33 1199


Avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, buna səbəb cənub-şərq istiqamətli hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır: "Müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir". pizza mizza

G.Məmmədova bildirib ki, dispers toz hissəcikləri Xətai rayonunda 2.6, Nizami rayonunda 2.5 , Səbail rayonunda 2.7 dəfə normadan yüksək qeydə alınıb: "Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti yaxın iki gün ərzində davam edəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!