Bakıda tozlu hava: neçə gün davam edəcək?

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tozlu hava: neçə gün davam edəcək?

Sosial

29 Avqust 2024 10:35 213


Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib. 

O qeyd edib ki, havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.  pizza hut

Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən Azərbaycana daxil olan toz dumanıdır: 

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!