Bakıda ucuz qiymətə “kupça”lı mənzillər satılır - Ünvanlar... 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ucuz qiymətə “kupça”lı mənzillər satılır - Ünvanlar... 

Sosial

16 Aprel 2024 13:15 18355


Son illər Bakıda mənzil almaq xeyli çətinləşib. Xüsusən paytaxtda və şəhərətrafı ərazilərdə çıxarışlı və sərfəli qiymətə ev tapmaq demək olar ki, mümkünsüzdür. Mənzil bazarında özünü göstərən bu mənfi tendensiya xüsusilə gənc ailələr üçün ciddi çətinliklər yaradır. 

Nəticə etibarı ilə insanlar yüksək ipoteka şərtləri ilə bahalı mənzillər almağa məcbur olurlar. 

Bəs yeni evlənmiş gənc ipoteka keriditinə əli çatmırsa, mənzilə necə sahib olmalıdır? Gənc ailələrin mənzilsizlikdən yaxa qurtarmağının yolunu tapmaq məqsədilə araşdırma apardıq.  Toyuqlu pizza

Yenisabah.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində tikilmiş yaşayış sosial binalarda satışa çıxarılan mənzillər qiymət baxımından digərləri ilə müqayisədə xeyli sərfəlidir. 

Nazirlik tərəfindən Abşeron rayonunda, o cümlədən, Ramana, Ümid və Kürdəxanı qəsəbələrində satışa çıxarılan mənzillərin qiymətlərini təqdim edirik: 

Qaradağ rayonunun Ümid qəsəbəsində yerləşən yaşayış kompleksində ümumi sahəsi 83.5 kvadratmetr olan 3 otaqlı tam təmirli mənzil alıcılara 58.450 manata təklif olunur. 

Suraxanı rayonu, Ramana qəsəbəsində satışa çıxarılan 100 kvadratmetr sahəli 4 otaqlı mənzil isə 85.595 manata satışa çıxarılıb.

Abşeron rayonunda təklif olunan 3 otaqlı 69.2 kvadratmetr sahəyə malik tam təmirli  mənzilin qiyməti isə 53.976 manatdır. 

Qeyd edək ki, bu mənzillər vaxtilə məcburi köçkünlər üçün nəzərdə tutulmuşdu. 44 günlük Vətən müharibəsindən sonra sözügedən binalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib və satışa çıxarılıb. 

Mənzilləri ipoteka krediti ilə də əldə etmək mümkündür. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • ROYAL
    Salam ipateka ile nece almaq olar ve abseronda olan evler tam unvan
    2 years ago
  • Camal
    Salam. Ramanada 1 və ya 2 otaq varmı? Varsa qiymətləri qeyd edin. Zəhmət olmazsa
    2 years ago
  • Qail
    Salam ramana qasabasinda almaq olar? Va neca ala bilaram xais ediram komak edasiniz
    2 years ago
  • Senan
    Ay millət çıxın tabut evlərdən. Böyük zəlzələ yaxınlaşır sayılı illər qalıb ağlınız varsa həyət evi alın şamaxıdakı tarixi unudan ağılsız toplum tarix təkrarlanacaq!
    2 years ago
  • Nazim Qasimov
    Abweron rayonunda satiwa çixarilan menzilin deqiq unvanin bilmey olar?
    2 years ago
  • Xaqani
    Salam. Hipateka ilə necə almaq olur? Necə köməklik edə bilərsiniz?
    2 years ago