Bakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq

Sosial

14 Aprel 2024 13:05 518


Aprelin 15-nə gözlənilən hava şəraiti açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Pepperoni pizza

Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!