Bakıda vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs tutuldu

Kriminal

03 Oktyabr 2026 18:04 88


Nəsimi rayonu ərazisində vətəndaşların etibarından sui-istifadə edilərək pul vəsaitlərinin ələ keçirilməsi faktları qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən M.Ələkbərzadə müəyyən olunaraq saxlanılıb. Dördpendirli pizza

Araşdırmalarla müəyyən edilib ki, M.Ələkbərzadə müxtəlif vətəndaşlara övladlarının xaricdə təhsil almasına, digər təhsil müəssisələrinə transferinə və bu sahədə müxtəlif məsələlərin həllinə köməklik göstərəcəyini vəd edib. O, bu məqsədlə vətəndaşlardan birindən 9000, digərindən isə 3000 manat alaraq verdiyi vədlərə əməl etməyib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!