Bakıda xeyriyyə məqsədilə “Qələbə qaçışı” təşkil ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda xeyriyyə məqsədilə “Qələbə qaçışı” təşkil ediləcək

Sosial

27 Oktyabr 2021 14:23 635


Gənclər və İdman Nazirliyi noyabrın 9-da Bakıda “Qələbə qaçışı” xeyriyyə tədbiri keçirəcək.

Yenisabah.az xəbər verir ki, “Qürurla irəli” şüarı ilə təşkil ediləcək qaçış ötən il müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin ildönümünə həsr olunub.

"Qaçışa qoşulmaq istəyən hər kəs “YAŞAT” Fonduna minimum 20 manat iştirak haqqı ödəməlidir. Fonda daha yüksək məbləğdə ianə etmək istəyənləri də sıramızda görmək xoş olacaq", - deyə nazirliyin məlumatında bildirilir. pizza hut

“Qələbə qaçışı” Dənizkənarı Milli Parkda, Elektra Hall-ın qarşısından start götürəcək və 5000 metrlik məsafəni əhatə edərək Bakı Dəniz Vağzalının qarşısında tamamlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!