Bakıda Xəzər dənizi ilə bağlı yaradılmış Xüsusi İşçi Qrupun ilk iclası keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Xəzər dənizi ilə bağlı yaradılmış Xüsusi İşçi Qrupun ilk iclası keçirilir

Sosial

18 Dekabr 2023 13:57 487


Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası çərçivəsində yaradılmış Xüsusi İşçi Qrupun ilk iclası keçirilir.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov məlumat verib.

Onun sözlərinə görə, ETSN-də keçirilən tədbirdə Xəzəryanı ölkələrin xarici işlər və ətraf mühit nazirliklərinin səlahiyyətli nümayəndələri, həmçinin Konvensiya katibliyi funksiyalarını yerinə yetirən BMT-nin Ətraf Mühit Proqramının Avropa Regional Ofisinin əməkdaşları iştirak edirlər: "Hazırda Azərbaycan tərəfi Konvensiyanın Tərəflər Konfransına sədrlik edir, tərəflər Konvensiya katibliyinin regionda yerləşdirilməsi ilə bağlı institusional mexanizmlərin razılaşdırılması üçün müzakirələr aparır, ekspertlər tərəfindən müvafiq sənədlər hazırlanır". Pepperoni pizza

Xatırladaq ki, Xüsusi İşçi Qrupun yaradılması bu il sentyabrın 21-22-də İsveçrənin Cenevrə şəhərində keçirilən Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşündə qərara alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!