Bakıda yanğında zəhərlənən iki nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yanğında zəhərlənən iki nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirildi

Hadisə

15 Noyabr 2025 23:56 626


Bakıda yaşayış binasındakı yanğında zəhərlənən iki nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Belə ki, noyabrın 15-də saat 20:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb. pizza

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (qadın) nevrasteniya diaqnozu ilə yerində ilkin tibbi xidmət göstərilib, iki nəfər (kişi və qadın) isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!