Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, paytaxt və Abşeron yarımadasında şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 26-30° isti olacaq. Dominos pizza
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir.
Həmçinin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Rayonlarda şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti, dağlıq ərazilərdə gecə 10-15° isti, gündüz isə 18-22° isti olacaq.
Aytac Əliyeva
Telegram kanalımız