Bakıda yaz havası: 16 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yaz havası: 16 dərəcə isti olacaq

Sosial

21 Mart 2026 12:51 422


Martın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Yeni Sabah” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək. pizza mizza

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!