Bakıda yeni fırıldaq növü: Mənzilləri gəzib qarşılıqsız şəkildə 150 manat pul təklif edir - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yeni fırıldaq növü: Mənzilləri gəzib qarşılıqsız şəkildə 150 manat pul təklif edir - FOTO

Hadisə

03 Avqust 2023 16:06 22115


Bakıda yeni fırıldaq növü peyda olub.

Bu barədə media.az məlumat verib.

Məlumata görə, vətəndaşlar “Facebook” sosial şəbəkəsindəki qrupların birində məsələ ilə bağlı paylaşım ediblər. pizza mizza

Bildirilib ki, Yasamal rayonu ərazisində 30-35 yaşlı kişi ev-ev gəzərək insanlara 150 manat pul paylayır və bunu guya xeyriyyəçilik məqsədilə etdiyini deyir. O, vətəndaşlara 200 manatlıq saxta əsginas verir, əvəzində isə onlardan pulun qalığı kimi 50 manat alır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Media.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar artıq idarənin müvafiq şöbəsi tərəfindən yoxlanılır.

İstintaqla bağlı daha sonra məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!