Bakıda yeri dəyişdirilən ağaclar niyə xüsusi texnikayla yox, ekskavatorla çıxarılır?

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yeri dəyişdirilən ağaclar niyə xüsusi texnikayla yox, ekskavatorla çıxarılır?

Sosial

27 May 2025 12:59 297


Bakıda ağacların köçürülməsi adı altında məhv edildiyi iddia edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, metronun "Bakmil" stansiyasının yaxınlığında yeni yolun inşası zamanı ağaclar ekskavator vasitəsilə kökündən çıxarılır və məhv edilir. pizza sifarişi

Ağacların bu şəkildə çıxarılması sakinlərdə narahatlıq yaradıb və başqa yerə köçürülməsi ilə bağlı sözləri də şübhə altına alıb.

Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) sorğu ünvanladıq.

"Akademik Həsən Əliyev küçəsi ilə "Koroğlu" metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsində yeni yolun inşası zamanı tikinti altına düşən ağacların xüsusi texnika vasitəsilə deyil, ekskavator vasitəsilə çıxarılması ilə bağlı daxil olan şikayətə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev münasibət bildirib.

O qeyd edib ki, sözügedən ərazinin bir hissəsindən yüksək gərginlikli elektrik və rabitə xətlərinin keçməsi səbəbindən icraçı qurum bir neçə ağacın xüsusi köçürmə texnikasından istifadə etməklə köçürülməsinin mümkün olmadığını bildirib və bu səbəbdən təhlükəsizlik qaydalarına uyğun olaraq, ağacların bir qismi kökündən deyil, səthə yaxın hissədən traktor vasitəsilə çıxarılaraq Yaşıllaşdırma Təsərrüfatı Birliyinin  Ağac Bəzək Bitkiləri Sovxozunun Ramana yaşıllıq sahəsinə köçürülüb.

Ağacların yeni köçürüldüyü ərazidən fotoları təqdim edirik:

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!