Bakıda yol polislərinin yollara duz səpməsi müzakirələrə səbəb oldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yol polislərinin yollara duz səpməsi müzakirələrə səbəb oldu - Video

Sosial

14 Yanvar 2024 14:34 1883


Bakıda yol polislərinin yollara duz səpməsini əks etdirən görüntülər gündəm olub.

Yenisabah.az xəbər verir ki, paytaxt ərazisində iki yol polisinin əllərindəki duzu yola səpərək maşınların sürüşməməsi üçün çalışması müzakirələrə səbəb olub. 

Sosial şəbəkədə bəzi izləyicilər bunu təqdirəlayiq hal kimi qiymətləndirsələr də, tənqid edənlər daha çox olub.  Dördpendirli pizza

Görüntüləri tənqid edənlər bunu biabırçılıq adlandıraraq, aidiyyatı qurumların səhlənkarlığı ucbatından polislərin gülünc vəziyyətə düşdüyünü yazıblar.

Həmin videonu təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!