Bakıdakı zeytun ağaclarında naməlum xəstəlik aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı zeytun ağaclarında naməlum xəstəlik aşkarlanıb

Sosial

28 Avqust 2023 15:43 417


Bir müddətdir ki, Bakının şəhərin müxtəlif ərazilərindəki zeytun ağaclarında naməlum bakterial xəstəlik aşkarlanıb, bu da bəzi ağaclarda quruma və saralmalara səbəb olub. 

Bu barədə Yenisabah.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, mütəxəssislərin yekdil rəyinə əsasən əsas etibarı ilə qlobal iqlim dəyişiklikləri səbəbindən baş verən bu hal demək olar ki, bütün dünyanı bürüyib. Dünyanın aparıcı zeytun istehsalçılarından olan İtaliya, İspaniya, Yunanıstan, qardaş Türkiyədə xeyli zeytun ağacı xəstəlik səbəbindən məhv olur. Marqarita pizza

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir, şəhərin bütün ərazisində zeytun ağaclarının vəziyyətinin araşdrılıb. Xüsusi olaraq Bakıya  xarici mütəxəssis dəvət edilib və xəstə ağacların müalicəsi ilə bağlı geniş tədbirlər həyata keçirilir.

Hazırda paytaxtın müxtəlif ərazilərində zeytun ağaclarının quruyan budaqları budanır, dibinə gübrə verilir və onlara xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilir. Yoluxan ağacların budaqlarının və yarpaqlarının budanması xəstəliyin digər ağaclara yayılmasının qarşısının alınması məqsədi daşıyır.

Zeytun ağaclarının cavanlaşdırılması məqsədi ilə  payız mövsümündə bu ağacların budanması aparılacaq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!