Bakıdan hərəkət edən qatarda problem yarandı, sərnişinlər yolda qaldı

Bakıdan hərəkət edən qatarda problem yarandı, sərnişinlər yolda qaldı
Sent 12, 2019 09:48
Oxunma sayı: 75

Bu gün saat 03:40 radələrində Bakı - Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb.

Bu barədə “Yeni Sabah”a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat daxil olub.

Bildirilib ki, hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib. Nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb. Həmin problemin səbəbləri araşdırılır.

 

Yenisabah.az