İsmayıllıya istirahətə gədənlər cərimələndi - Foto
05 İyl 2020 17:34
285

İsmayıllıya istirahətə gədənlər cərimələndi - Foto

Sərt karantin elan edilən rayonlardan İsmayıllıya istirahətə gələnlər barəsində tədbir görülüb.

Yenisabah.az xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə növbəti reyd keçirilib. 

Reyd zamanı yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələri saxlanılıb, planşetlə sürücü və sərnişinlər yoxlanılıb. İcazələri olmadan və yaxud iş üçün icazəsi olub, istirahət məqsədilə rayon ərazisinə gələn şəxslər aşkar edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Məlumatda bildirilib ki, bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

 

 

İsmayıllıya istirahətə gədənlər cərimələndi - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər