Bakıdan Naxçıvana avtobusla gedənlərdən PCR testi tələb olunacaq?

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan Naxçıvana avtobusla gedənlərdən PCR testi tələb olunacaq?

Sosial

16 İyul 2021 13:09 817


Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli qərarına dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, sabahdan İran ilə əldə olunmuş müvafiq razılaşmanın tələblərinə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun qonşu ölkənin ərazisindən keçməklə həyata keçirilməsinə aşağıdakı tələblərə riayət etməklə icazə verilir:

- Avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən COVID-19-a dair PCR testi barədə arayış tələb olunmur, ölkə ərazisində Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsinə gələn həmin sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testinin keçirilməsi məqsədilə yaxma götürülür və ölkə vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılır; Pepperoni pizza

- Səfər zamanı daşıyıcı, sərnişinlər və sərnişin avtonəqliyyat vasitəsinin işçi heyəti tərəfindən xüsusi karantin rejiminin tələblərinə və koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində qəbul edilmiş tələblərə əməl edilməsi məcburidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan MR-nın Nazirlər Kabineti bu Qərardan irəli gələn zəruri məsələləri həll etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!