Bakıdan Naxçıvana uçan təyyarə geri qayıdıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıdıb

Sosial

10 İyul 2023 09:01 641


“Azərbaycan Hava Yolları”nın Bakı-Naxçıvan marşrutu üzrə J2-2257 reysini həyata keçirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı yaxınlığında əlverişsiz hava şəraiti ilə (güclü yan külək) əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə APA-ya "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 01:45-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Marqarita pizza

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra saat 05:10-da Naxçıvana yola düşüblər.

Qeyd edək ki, hava proqnozuna əsasən, yaxın iki gündə (iyulun 10-u və 11-i) Naxçıvan ərazisində güclü külək gözlənilir. Bununla əlaqədar olaraq, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə reyslərin təxirə salınması və ya vaxtının dəyişdirilməsi hallarının təkrarlanması ehtimalı istisna edilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!