Bakı-Tbilisi-Bakı qatarı ilə komfort və komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan çox olmayan bir ədəd baqajı pulsuz aparmaq mümkün olacaq.
Bu barədə “Yeni Sabah”a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Lüks sinifdə isə 30 kq-dan çox olmayan bir ədəd baqaj üçün ödəniş tələb olunmayacaq. Dördpendirli pizza
“Bundan əlavə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur. Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər”, - qurumdan qeyd olunub.
Aytac Əliyeva
Telegram kanalımız