Sabah Nizami rayonu ərazisində SOCAR “Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsi tərəfindən 570 metr məsafədə çəkilmiş yeni PE-315 mm qaz kəmərinin şəbəkəyə qoşulması işləri aparılacaq.
Yenisabah.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
“Bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək Nizami rayonunun müəyyən ərazilərində (Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayılov, Məmmədov küçələri, Qara Qarayev və Babək prospektlərinin bir hissəsində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Sezar pizza
Görülən işlər Nizami rayonu üzrə 10000-dən artıq əhali abonentinin, qeyri-əhali istehlakçılarının, o cümlədən kommunal istiliktəchizatı müəssisələrinin qaz təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq.
Müvəqqəti narahatlığa görə üzr istəyirik”,- deyə məlumatda bildirilir.
Telegram kanalımız