Təmir işləri ilə əlaqədar sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq aşağıdakı küçə və yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq: Pepperoni pizza
- Mikayıl Əliyev küçəsi ilə Kamil Balakişiyev küçəsi arasında yerləşən avtomobil yolu - 2 sentyabr saat 09:00-dan;
- Kamil Balakişiyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsindən 61 nömrəli məktəbədək olan hissəsi - 2 sentyabr saat 10:00-dan;
- Xətai rayonu, Abdulla Rəhimov küçəsi - 3 sentyabr saat 08:00-dan.
Sürücülərdən təmir işləri aparıldığı müddətdə alternativ yollardan istifadə etmələri, ərazidə tətbiq edilən müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Telegram kanalımız