Bakının bu ərazisində 3 gündür istilik yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazisində 3 gündür istilik yoxdur

Sosial

04 Yanvar 2026 19:13 741


Nizami rayonu Rüstəm Rüstəmov küçəsində artıq üç gündür ki, istilik yoxdur.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı orada yaşayan sakinlər verib. 

Şikayətçilərin sözlərinə görə, nə “Azəristiliktəchizat” ASC-nin, nə də qazanxananın qəbuluna düşmək mümkün deyil. 

Qazanxana işçiləri dünən axşam üçün istiliyin təmin olunacağını bildirsələr də, hələ də problem həllini tapmayıb. Bu gün isə gün ərzində məntəqədə heç kəs olmayıb. 

Əlaqə telefonlarına isə zəng çatmır. Qaynar xəttə isə düşmək ümumiyyətlə mümkün deyil. Balansdan vəsait çıxılır, lakin cavab verən olmur.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!