Bakının bu ünvanında söküntü başlayır - Sakinlərə 2000 AZN kompensasiya veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ünvanında söküntü başlayır - Sakinlərə 2000 AZN kompensasiya veriləcək

Sosial

05 Sentyabr 2023 11:17 18794


Bakının Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlər söküləcək.

BAKU.WS-in əldə etdiyi məlumata görə, söhbət “Təzəpir” məscidi ətrafında yerləşən fərdi evlərdən gedir.

Artıq adı çəkilən ərazidə yaşayan sakinlərin qeydiyyatı aparılıb və evlərin ölçüləri götürülüb. Dövlət tərəfindən maliyyə ayrılan kimi həmin sakinlərin köçürülməsi prosesinə başlanılacaq. Pepperoni pizza

Məlumata görə, söküntü Bəşir Səfəroğlu küçəsindən Azadlıq propektindəki 5 mərtəbəli binaya qədər olan hissəni əhatə edəcək. Söküntü işlərinə başlamazdan əvvəl sakinlərə hər kavdratmetrə görə 1500+500 AZN kompensasiya veriləcək. Əlavə verilən 500 AZN maddi yardım kimi hesablanacaq.

Ərazidə yaşayan və evinin kvadratı az olan sakinlər üçün müəyyən güzəştlər olacaq və bu istiqamətdə təkliflər hazırlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!