Bu gün Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur. Havada müşahidə olunan toz axını cənubdan hərəkət edən hava kütlələri vasitəsilə ölkə ərazisinə daxil olub.
Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Cənub istiqamətli küləyin yaxın 2 gün ərzində, 15-16 avqust tarixlərində davam edəcəyi, bununla əlaqədar toz hissəciklərinin konsentrasiyasının yol verilən qatılıq həddindən bir qədər çox olacağı gözlənilir. pizza sifarişi
16 avqust tarixində axşam saatlarından etibarən cənub istiqamətli küləyin şimal istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar toz hissəciklərinin konsentrasiyasında azalma müşahidə olunacağı proqnozlaşdırılır.
Telegram kanalımız