Bakının mərkəzində   BÖYÜK SÖKÜNTÜ - ÜNVANLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində BÖYÜK SÖKÜNTÜ - ÜNVANLAR

Sosial

04 Sentyabr 2026 00:49 201


"Nərimanov rayonunda şəhərsalma və yenidənqurma layihələri çərçivəsində ilkin mərhələdə 15 binanın sökülməsi nəzərdə tutulur".

"Yeni Sabah" xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.

O əlavə edib ki, söküntülərin dəqiq sayı ilə bağlı tam siyahı hazırda açıqlana bilməz: Toyuqlu pizza

"Buna səbəb dövlət proqramı çərçivəsində nəzərdə tutulan layihələrin rayonla tam şəkildə paylaşılmamasıdır. Söküntü və yenidənqurma işlərinin əsasən Nazim Hacıyev küçəsi, Montin, Keşlə, Təbriz küçəsi, Ağa Nemətulla küçəsi, Fətəli xan Xoyski prospekti və Mayakovski küçəsi istiqamətində aparılması nəzərdə tutulur.

İlk növbədə texniki vəziyyəti qənaətbəxş olmayan və qəzalı binaların sökülməsi planlaşdırılır. Bununla yanaşı, həmin ərazilərdə abadlıq və yeni tikinti işlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

Ağa Nemətulla və Təbriz küçələri, eləcə də "Nəriman Nərimanov" metro stansiyası ətrafında artıq müəyyən yenidənqurma işləri həyata keçirilib. Mövcud layihələrin tamamlanmasından sonra rayonun ayrı-ayrı hissələrinin kompleks şəkildə yenidən qurulması planlaşdırılır.

Rayon üzrə aparılacaq işlər "Bakı şəhərinin Baş Planı - 2040" çərçivəsində həyata keçiriləcək. İlkin mərhələdə 15 binanın sökülməsi nəzərdə tutulsa da, gələcəkdə prosesin digər əraziləri də əhatə etməsi gözlənilir", - deyə V.Oruc bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!