Bakının mərkəzindəki məşhur villalar hərraca çıxarıldı - 7,4 milyon manata

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzindəki məşhur villalar hərraca çıxarıldı - 7,4 milyon manata

Sosial

10 Sentyabr 2023 10:40 4379


Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ləğv prosesində olan "Dəmirbank” ASC-yə məxsus 4 ədəd daşınmaz əmlak hərrac vasitəsiylə satışa çıxarılır.

“Yeni Sabah” Ekonominfo.az-a istinadən xəbər verir ki, daşınmaz əmlaklar Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/1, ev 69/2, ev 69/3 və ev 69/4 ünvanlarında yerlışir.

Daşınmaz əmlakın 3-ü 3 mərtəbəli, 1-i isə 2 mərtəbəli olmaqla hər biri 5 otaqlıdır. pizza mizza

Satışa çıxarılan evlərin ən ucuzunun ilkin satış qiyməti 1 milyon 742 min 500 manat, ən bahalısı isə 1 milyon 912 min 500 manat təşkil edir. 4 ədəd villanın ümumi ilkin satış qiyməti 7 milyon 395 min manata bərabərdir.

Qeyd edək ki, villalar İnşaatçılar metrosu yaxınlığında yaradılan süni gölün ətrafında inşa olunub.

Hərrac prosesi 14 sentyabr tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!