“Baku Steel Company” şəhid övladını işdən çıxardı: “Dedilər nə olsun ki...”

saytların hazırlanması

Evə çatdırılma

“Baku Steel Company” şəhid övladını işdən çıxardı: “Dedilər nə olsun ki...”

Sosial

03 Mart 2025 08:37 423


2023-cü ildə “Baku Steel Company”də işləyən Tural İbrahimovu şirkət 3 ay sonra, aprel ayında əsassız yerə işdən azad edib.

“Yeni Sabah” Tribunainfo.az-a istinadla xəbər verir ki, bunu şəhid övladı Tural İbrahimovun özü bildirib. Onun sözlərinə görə, şirkət işdən çıxarılması ilə bağlı heç bir açıqlama verməyib:

“Mənə, “nə olsun ki, atan şəhiddir”, – dedilər. Sonra da ərizə yazdıraraq, “öz xoşumla” işdən azad etdilər”.

Qeyd edək ki, 1988-ci il təvəllüdlü Tural İbrahimov Laçın şəhərində anadan olub. Atası, baş leytenant Zakir İbrahimov 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub.

2023-cü ildən bəri işsiz qalan Tural İbrahimov 6 aylıq körpənin atasıdır. Sosial Müdafiə Fondu da onu işsizdir deyə, sosial müavinətdən məhrum edib. O bildirib ki, intihar həddində olsa da, körpəsinə görə səbir edir.

Bildirək ki, Tural İbrahimov 650 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub. Və biznesin idarə edilməsi (MBA) üzrə magistr təhsili alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • ,RAHİM
    BUDUR AZƏRBAYCAN REALLIĞI. ADAMIN ADAMI OLMASA YAŞAMAQ MÜŞKÜL İŞDİR.
    1 year ago