“Baku TV” “NETTY 2021”in informasiya və xəbərlər nominasiyası üzrə qalibi oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Baku TV” “NETTY 2021”in informasiya və xəbərlər nominasiyası üzrə qalibi oldu - Fotolar

Maraqlı

18 Dekabr 2021 20:39 1162


“NETTY 2021” Azərbaycanın Milli internet-mükafatları sahiblərinə təqdim edilib.

Yenisabah.az xəbər verir ki, bu il Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsvermə nəticələrinə görə mükafatın nominantı olmuş saytlar, səhifələr və proqramlar seçilib.

Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edib.

İnformasiya və Xəbərlər nominasiyası üzrə “Baku TV”, “Rəqəmsal Azərbaycan radio verilişi” qalib seçiliblər.

Qaliblərə mükafatları isə Elmir Vəlizadə təqdim edib. O, qalibləri təbrik edib, iştirakçılara isə gələcək layihələrdə uğurlar arzulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!