BakuBus-dan sərnişinlərə VACİB ELAN - Metrolar üzrə yeni marşrut xətti   AÇILIR

saytların hazırlanması

Evə çatdırılma

BakuBus-dan sərnişinlərə VACİB ELAN - Metrolar üzrə yeni marşrut xətti AÇILIR

Sosial

06 Avqust 2026 10:15 83


Bakıda 6 yeni ekspres avtobus marşrutu açılır.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı BakuBus MMC məlumat yayıb.

Avqustun 15-dən etibarən Bakı Metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti dayandırılması səbəbilə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək. Sərnişinlərin mobilliyini təmin etmək üçün avtobusların hərəkət qrafiki metronun iş rejiminə uyğunlaşdırılıb və yeni marşrutlar hər gün saat 06:00-dan 00:00-dək fəaliyyət göstərəcək. Sezar pizza

Yeni ekspres marşrutların istiqamətləri aşağıdakılardır:

M1 – "Elmlər Akademiyası" metrostansiyası ↔ "28 May" metrostansiyası;

M2 – "İnşaatçılar" metrostansiyası ↔ "Nizami" metrostansiyası ↔ "28 May" metrostansiyası;

M3 – "20 Yanvar" metrostansiyası ↔ "Nizami" metrostansiyası ↔ "28 May" metrostansiyası;

M4 – "20 Yanvar" metrostansiyası ↔ "Koroğlu" metrostansiyası;

M5 – "20 Yanvar" metrostansiyası ↔ "Gənclik" metrostansiyası;

M6 – "Elmlər Akademiyası" metrostansiyası ↔ "Gənclik" metrostansiyası.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!