“Bakubus”dan şikayət – “Heyvan kimi minməyin, yer olsun!”

saytların hazırlanması

Evə çatdırılma

“Bakubus”dan şikayət – “Heyvan kimi minməyin, yer olsun!”

Sosial

09 Oktyabr 2026 17:22 83


"BakuBus" MMC-yə məxsus 3 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinləri ağır söyüş və təhqirlərlə alçaltdığı iddia edilir.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkə istifadəçisi Şahin Talıbovun paylaşdığı məlumata görə, hadisə səhər saat 07:10 radələrində "Elmlər Akademiyası" metrosunun qarşısında, Badamdar istiqamətində hərəkət edən avtobusda baş verib.

Avtobusun qabaq qapısının sıxlıq olması səbəbindən sərnişinlər ödənişi edib arxa qapıdan minmək istədiklərini bildirərkən, sürücü kobud şəkildə imtina edib. Sərnişinlərin "boş gəlin, rahat minək" tələbinə isə sürücü "Heyvan kimi minməyin, yer olsun!" deyərək təhqiramiz ifadələr işlədib. pizza sifarişi

Mübahisə böyüdükdən sonra sürücünün avtobusda ayağa qalxaraq sərnişinlərə "küçük" və digər alçaldıcı sözlər ünvanladığı, digər vətəndaşların da sürücünün bu davranışına kəskin etiraz bildirdiyi qeyd olunur.

Zərərçəkən sərnişin avtobusun dövlət qeydiyyat nişanını götürərək Daxili İşlər Nazirliyinin "102" xidmətinə şəxsiyyətin təhqir olunması ilə bağlı rəsmi şikayət etdiyini və Polis Bölməsinə ərizə ilə müraciət edəcəyini açıqlayıb. Şikayətçi həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) və "BakuBus" rəhbərliyini sürücülərin və dispetçerlərin sərnişinlərə qarşı bu cür qeyri-etik davranışlarına qarşı təcili tədbir görməyə çağırıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!