Balaca qızların rəqsinə görə tənqid edilən müəllim danışdı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Balaca qızların rəqsinə görə tənqid edilən müəllim danışdı - VİDEO

Sosial

08 Sentyabr 2023 16:24 4634


Son günlər sosial şəbəkələrdə azyaşlı qızların oğlansayağı rəqsləri barədə yayılan görüntülər müzakirə yaradıb. 4-5 yaşı olan balaca qızların bədən qıraraq müxtəlif rəqs hərəkətləri göstərmələri tənqid olunub.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, "bu, milli rəqs deyil, “avara” hərəkətlərdən ibarətdir, xüsusən qız uşaqlarının bu cür rəqs kurslarına yazılmaları qəbuledilməzdir" rəyi var.

Bu məsələdə valideynləri günahlandıranlar çox olsa da, həmin rəqsi uşaqlara öyrədən Nicat Azadlı da əsas tənqid hədəfinə çevrilib. Dördpendirli pizza

N. Azadlı bununla bağlı bildirib: “Xeyr, milli rəqs öyrətmirik. Hamıya bu rəqslər keçilir. Standart rəqslərdən fərqli olaraq bu rəqs növünü çıxarmışıq. Bu rəqsi mən başlatmışam. Xüsusi adı yoxdur. Özüm qurub gündəmə gətirmişəm.

Valideyn paylaşımları izləyir, qərar verir, sonra övladını kursa gətirir. Hər kəs bizi bəyənmək məcburiyyətində deyil. Tənqidlər ona görədir ki, rəqs edərkən bir az bədən qırılmaları olur. Rəqsimizi fərqləndirən də məhz budur. Rəqsdə bundan başqa heç bir artıq şey yoxdur. Hamının yeridiyi standart yeriş var, biz sadəcə o yerişi bir az fərqli yeriyirik, bu qədər.

Binə qəsəbə Mədəniyyət Mərkəzini bitirmişəm. Akif müəllim və Dadaş müəllimin tələbəsi olmuşam. İnanın ki, hələ şəxsən mənə heç kim zəng edib irad bildirməyib. Bəzən şərhlərdə yazırlar, bunu normal hal kimi qəbul edirəm. Əgər bu gün rəqslərimiz bu qədər tənqid hədəfinə çevrilsəydi, bir nəfərin rəqsi 20-32 milyon izlənməzdi. Rəqsə gələn uşaqlar toylara da gedirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!