Azərbaycanda tullantıların təkrar emalı sahəsində ixtisaslaşan Balaxanı Sənaye Parkının fəaliyyət coğrafiyası genişləndirilir.
“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən bildirir ki, sənaye parkının ərazisinin böyüdülməsi və bu çərçivədə müvafiq infrastruktur sistemlərinin qurulması ilə bağlı artıq rəsmi razılıq əldə olunub və tərəflər arasında müqavilə imzalanıb.
Hazırda ərazinin genişləndirilməsi planına uyğun olaraq layihə-smeta sənədlərinin hazırlanması mərhələsinə başlanılıb. Yeni infrastruktur layihəsi sənaye parkında fəaliyyət göstərən və yeni qoşulacaq rezidentlər üçün daha geniş imkanlar yaradacaq. Dördpendirli pizza
Xatırladaq ki, Balaxanı Sənaye Parkının əsası dövlət başçısının 28 dekabr 2011-ci il tarixli Sərəncamı ilə qoyulub və növbəti ilin dekabrında təməli atılıb. Hazırda 28,5 hektardan çox sahəni əhatə edən və ekoloji yönümlü istehsalla məşğul olan sahibkarları vahid məkanda birləşdirən parkın idarəetməsini "Təmiz Şəhər" ASC həyata keçirir.
Telegram kanalımız