Balıq bazarında qiymət artımı müşahidə olunur.
"Yeni Sabah" Baku Tv-yə istinadla xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəlki aylarla müqayisədə həm çeşidlər azalıb, həm də bəzi balıq növləri bahalaşıb.
Onlar bildirirlər ki, ən münasib qiymətə satılan balıqlardan biri fareldir və onun kilosu 11-12 manat arasında dəyişir. Digər balıq növlərində isə qiymətlər daha yüksəkdir. pizza sifarişi
Alıcıların bir qismi qiymətlərin baha olduğunu desə də, bəziləri qiymətləri münasib hesab edir.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, daşınma və saxlanma xərclərinin yüksəlməsi, həmçinin balıq yetişdirilməsi sahəsində xərclərin artması qiymətlərə təsir göstərir.
Bundan əlavə, İranda baş verən proseslərin də bazara təsirsiz ötüşmədiyi vurğulanır. Bildirilir ki, İrandan idxal olunan məhsullarda yaranan fasilələr qiymətlərin daha da yüksəlməsinə səbəb olur.
İqtisadçı yaxın aylarda ət və balıq məhsullarında ucuzlaşma gözlənilmədiyini, əksinə, qiymət artımının davam edəcəyini bildirib.
Telegram kanalımız