Bank ləğv olunubsa, ipoteka krediti necə ödənməlidir? - Qərar

saytların hazırlanması

Evə çatdırılma

Bank ləğv olunubsa, ipoteka krediti necə ödənməlidir? - Qərar

Sosial

26 İyul 2023 19:20 640


Ləğvetmə prosesində olan bankın pozulmuş ipoteka krediti öhdəliyi ilə bağlı qərar qəbul edilib.

Yenisabah.az xəbər verir ki, Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında “Banklar haqqında” qanunun 81.1-ci və 81.3-cü maddələrinin İnzibati Prosessual Məcəlləsinin 131-ci və 132-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb.

Qəbul olunmuş qərara əsasən, “Banklar haqqında” qanunun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan aktivlərin realizə qaydası tənzimlənir. “Banklar haqqında” qanun, habelə İnzibati Prosessual Məcəllənin müvafiq maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmalıdır. Sezar pizza

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!