“Bank of Baku”nun qalmaqallı komissiyası: 1 gün gecikməyə görə 70 manat!

saytların hazırlanması

Evə çatdırılma

“Bank of Baku”nun qalmaqallı komissiyası: 1 gün gecikməyə görə 70 manat!

İqtisadiyyat

02 Oktyabr 2026 16:09 81


Sosial şəbəkələrdə "Bank of Baku"nun kredit kartı xidmətindən narazı olan vətəndaşın şikayəti yayılıb. Sevindik adlı müştəri bankın tətbiq etdiyi faiz dərəcələri və nəğdləşdirmə komissiyalarından kəskin narazılığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, müştərinin sözlərinə görə, kredit kartı üzrə 1700 manatlıq borc ödənişini ayın 30-u əvəzinə səhvən 1 gün gecikdirərək ayın 1-i səhər saatlarında həyata keçirib.

O, cəmi 1 günlük gecikməyə görə bank tərəfindən 70 manat məbləğində faiz hesablandığını vurğulayıb. Bununla yanaşı, narazı vətəndaş əvvəllər hər 100 manat üçün nəğdləşdirmə komissiyasının 1,50 manat olduğunu, lakin hazırda bu məbləğin 2,50 manata qaldırıldığını diqqətə çatdırıb. pizza sifarişi

Oxşar hallarla ikinci dəfə qarşılaşdığını qeyd edən müştəri bankla əməkdaşlığı dayandırmaq qərarına gəldiyini və daha sərfəli şərtlər təklif edən alternativ kredit kartı axtardığını bildirib.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!