Bankdan kredit götürmək bu şəxslər üçün   ÇƏTİNLƏŞİR - YENİ QAYDA

saytların hazırlanması

Evə çatdırılma

Bankdan kredit götürmək bu şəxslər üçün ÇƏTİNLƏŞİR - YENİ QAYDA

İqtisadiyyat

12 Oktyabr 2026 12:16 120


Mərkəzi Bank istehlak kreditlərinin verilməsi və borclanma şərtlərinə dair tələbləri yeniləyib.

“Yeni Sabah” xəbər verir ki, yeni qərara əsasən, istehlak kreditləri üzrə zamin duran şəxsin borcunun onun gəlirinə nisbəti 70 faizdən çox ola bilməz. Eyni zamanda, borcalanın gəlirləri rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə təsdiqlənə bilirsə, banklar tərəfindən gəlirin davranış modeli əsasında proqnozlaşdırılmasına icazə verilməyəcək.

Bununla yanaşı, nisyə satışla məşğul olan şirkət və fərdi sahibkarların banklara təqdim etdiyi məlumatlar kredit bürolarının bazasındakı göstəricilərlə tutlaşdırılacaq; hər hansı göstərici üzrə uyğunluq 90 faizdən aşağı olarsa, bu amil aktivlərin təsnifləşdirilməsi zamanı nəzərə alınacaq. Sezar pizza

 Qeyd edək ki, Mərkəzi Bankın təsdiqlədiyi yeni qaydalar noyabrın 10-dan etibarən rəsmən qüvvəyə minəcək.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!