Banklardan yeni ildə mühüm qərar - Kredit faizləri aşağı salınır?

saytların hazırlanması

Evə çatdırılma

Banklardan yeni ildə mühüm qərar - Kredit faizləri aşağı salınır?

Sosial

28 Dekabr 2024 15:43 4212


Azərbaycanda ipoteka və biznes kreditlərinin faiz dərəcələri aşağı olsa da, istehlak kreditlərində bu göstərici xeyli yüksəkdir. Kredit təklif edən bankdan asılı olaraq, bu faizlər 10-35 faiz arasında dəyişir.

İqtisadçı Rəşad Həsənov "Yeni Sabah"a yeni ildə istehlak kreditlərinin faiz göstəricilərində azalma ehtimallarından danışıb?

O bildirib ki, faiz dərəcəsini şərtlərində əsas faktor risk səviyyəsidir: Marqarita pizza

“Adətən, istehlak kreditləri daşınan əmlaka istinadla verilir. Daşınmaz əmlaka görə ipoteka kreditlərinin faizləri aşağı olur. Çünki risk aşağıdır.

Daşınan əmlak sıradan çıxa bilər, təkrar bazarda dəyəri düşə bilər, buna görə də o, ciddi girov hesab olunmur. Buna görə də risk yüksəkdir.

Eyni zamanda, digər faktor əhalinin əksər hissəsinin qeyri-leqal gəlirləridir. Belə hallarda banklar real gəliri dəqiqləşdirə bilmir.

Bütün bu faktorların fonunda istehlsak kreditlərinin faizləri daha yüksək olur”. 

Ekspertin fikrincə, növbəti ildə tamam əks tendensiya baş verə bilər:

“Bu, bazarın təbii tendensiyasıdır. Çünki biznes daha rasionaldır. Ona görə də yüksək faizlərlə kredit götürməyə meyilli olmur. Banklar biznes sahələrini alternativsiz, aşağı faizli kreditlər təmin edir.

Qısamüddətli dövrü nəzərə alsaq, 2025-ci ildə istehlak kreditlərində faizlərin aşağı düşməsi ehtimalı minimaldır. Çünki banklar son aylarda əmanət faizlərini artırırlar. 1 illik əmanətlərə münasibətdə əksər banklar göstəriciləri artıq 12 faizə qədər yüksəldib. Ona görə də daha yüksək xərcli vəsaitlərin topanıb daha aşağı faizlərlə bazara təklif ediləcəyini ehtimal etmək doğru olmazdı. Çox böyük ehtimalla, hətta istehlak kreditlərinin faizlərində artım istiqamətli dinamika müşahidə olunacaq”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rahil Rzayev
    Buna görə də bir bəhanə taparaq kredit vermirlər!
    1 year ago