Bankda pulu olanların NƏZƏRİNƏ –   Dollarla bağlı yeni rəqəmlər

saytların hazırlanması

Evə çatdırılma

Bankda pulu olanların NƏZƏRİNƏ – Dollarla bağlı yeni rəqəmlər

İqtisadiyyat

18 Avqust 2026 12:07 44


İlin birinci yarısının yekunlarına əsasən, Azərbaycanın bank sisteminin kredit portfelində və əmanətlərin strukturunda müsbət dinamika qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə bank sisteminin kredit portfeli 5,8 faiz artaraq 31 milyard 821,3 milyon manata çatıb.

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil etməyə davam edir. Belə ki, depozitlərin xüsusi çəkisi ümumi öhdəliklərin 74,6 faizini təşkil edib. Marqarita pizza

Eyni zamanda, bank sistemində dedollarlaşma prosesi də dərinləşib. Son 1 ilin nəticələrinə əsasən, fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 1,6 faiz bəndi azalaraq iyun ayının sonuna 27,9 faizə enib.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!