“Baş bizimdir, açarıq da, bağlayarıq da!” –   Mirşahin Ağayev

saytların hazırlanması

Evə çatdırılma

“Baş bizimdir, açarıq da, bağlayarıq da!” – Mirşahin Ağayev

Siyasət

17 Oktyabr 2026 15:55 443


Əməkdar jurnalist Mirşahin Ağayev Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər və hicab mövzusu ilə bağlı sərt fikirlər səsləndirib.

“Yeni Sabah” xəbər verir ki, jurnalist bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, paylaşımında Azərbaycan kişisinin tarixən Azərbaycan qadınının örpəyini qoruduğunu, lakin qadının örpəyi ilə qorunmadığını vurğulayıb. pizza

Mirşahin Ağayev Türkiyədəki bəzi dairələrə müraciət edərək Azərbaycanla Türkiyə arasında münasibətlərdə “böyük qardaş” və “kiçik qardaş” yanaşmasının düzgün olmadığını bildirib.

Jurnalist hicabın dini mahiyyətini anladıqlarını qeyd etməklə yanaşı, bu mövzudan başqa məqsədlər üçün istifadə edildiyini iddia edib. O, həmçinin Türkiyədə FETÖ ilə mübarizə çərçivəsində ləğv edilən fəaliyyətlərin başqa ad altında Azərbaycan məktəblərində həyata keçirilməyə çalışıldığını irəli sürüb.

“İfşa edilmisiniz artıq! Əməlinizin adı Allahın adından dələduzluqdur! 2016-cı ildə Türkiyədə ləğv etdiyiniz FETÖ-nü başqa adla Azərbaycan məktəblərində həyata keçirirdiniz? Alınmadı! Azərbaycan sayıq və güclü çıxdı! Bu dəfə də!” – deyə Mirşahin Ağayev paylaşımında yazıb.

Qeyd edək ki, jurnalist fikirlərini sərt və tənqidi üslubda ifadə edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!