DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi 132 kq narkotik vasitə və 6080 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarıb.
"Yeni Sabah" xəbər verir ki, paytaxt ərazisində, eləcə də Abşeron, Hacıqabul, Cəlilabad və Füzuli rayonlarında keçirilən əməliyyatlar zamanı V.Ağayev, H.Məmmədov, Z.Əliyev, Ə.Həsənov, A.Zeynalov və E.Bağırov saxlanılıblar.
Onlardan ümumilikdə 132 kiloqram narkotik vasitə və 6080 ədəd narkotik tərkibli həb aşkarlanıb. pizza
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız