Baş nazir bu dövlət qurumunda xidməti minik avtomobillərinin sayını artırdı

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir bu dövlət qurumunda xidməti minik avtomobillərinin sayını artırdı

Sosial

14 Sentyabr 2023 09:22 1298


Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)” haqda qərara dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, sözügedən qərardakı limit cədvəlinin 46-cı hissəsinin “cəmi” və “aparat üzrə” sütunlarında “2” rəqəmi “3” rəqəmi ilə əvəz edilib.

Sözügedən hissə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə dövlət tərəfindən ayrılacaq minik avtomobillərinin say həddini tənzimləyir. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!