Baş nazir İsa Həbibbəylinin oğlu ilə bağlı sərəncam imzaladı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir İsa Həbibbəylinin oğlu ilə bağlı sərəncam imzaladı - FOTO

Sosial

28 Fevral 2024 13:37 2289


Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə Ərəstü İsa oğlu Həbibbəyli təsdiqlənib. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Qeyd edək ki, Ərəstü Həbibbəyli bir neçə il idir sözügedən şöbədə müdir vəzifəsini icra edirdi.  Sezar pizza

Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində çalışıb, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub. 9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi vəzifəsində çalışıb. 

Ərəstü Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin oğludur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    BƏS ADİ İNSANLARIN İSTEDADLI ÖVLADLARI NƏ VAXT BU VƏZİFƏLƏRDƏ ÇALIŞACAQLAR?
    2 years ago