Baş nazir məktəblərə şəhid adının verilməməsinin səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir məktəblərə şəhid adının verilməməsinin səbəbini açıqladı

Sosial

17 Mart 2023 17:54 936


“Şəhid adlarının əbədiləşdirilməsi məsələsinə gəlincə, ölkədə 4500-ə yaxın məktəb var. Bunun da 3600-ə qədəri adlıdır. Nəzərə alınmalıdır ki, bəzi hallarda bir neçə şəhid eyni məktəbdə oxuyub. Yaxud da başqa səbəblərə görə onların adı məktəblərə verilə bilmir”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflərə cavab olaraq deyib.

O xatırladıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə hər zaman yüksək diqqət və qayğı ilə yanaşır: “Mümkün olduğu qədər onlara bütün yardımlar göstərilir. Küçə və prospektlərə şəhid adlarının verilməsi məsələsi də qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!