Baş nazir SƏRƏNCAM imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir SƏRƏNCAM imzaladı

Sosial

03 Sentyabr 2026 14:51 109


Əqli Mülkiyyət Agentliyi bir sıra əməkdaşlarının dövlət qulluqçusu statusu ləğv ediləcək.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, Əqli Mülkiyyət Agentliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, "Dövlət rüsumu haqqında" Qanunda nəzərdə tutulmuş müvafiq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərən (hüquqi hərəkətləri həyata keçirən) əməkdaşlarının dövlət qulluqçusu statusunun ləğvi ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. pizza sifarişi

Bu prosesin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

Qeyd edək ki, Sərəncam sentyabrın 1-dən qüvvəyə minib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!