Baş nazirdən MÜHÜM QƏRAR: Adlar dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirdən MÜHÜM QƏRAR: Adlar dəyişdi

Sosial

16 Oktyabr 2026 09:36 346


Nazirlər Kabineti “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Arxeoloji abidələr” bölməsininin “Quba rayonu” hissəsinin 1381-ci bəndinin “Yerləşdiyi ünvan” sütununda “Alekseyevka” sözü “Çinarlı” sözü ilə əvəz edilib. pizza mizza

Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının Siyahısı”nın “Quba rayonu” bölməsində “Alekseyevka” sözü “Çinarlı” sözü ilə, “Vladimirovka” sözü “Elbir” sözü ilə əvəz edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!