Qaçıb Ukraynaya gizlənmişdi – Azərbaycana qaytarılır!

saytların hazırlanması

Evə çatdırılma

Qaçıb Ukraynaya gizlənmişdi – Azərbaycana qaytarılır!

Kriminal

04 Sentyabr 2026 12:06 47


Azərbaycan vətəndaşı, beynəlxalq axtarışda olan Ənvər Tağıyevin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılan danışıqlar nəticəsində Ənvər Həsən oğlu Tağıyevin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib. Dominos pizza

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayəti törətməsinə, həmçinin aksiz markası ilə markalanmalı olan həmin yükü markalanmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub. İstintaqdan yayınaraq gizləndiyinə görə onun barəsində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.

Keçirilən tədbirlər nəticəsində Ənvər Tağıyevin Ukrayna ərazisində olduğu müəyyənləşdirilib və onun saxlanılması təmin edilib.

Hazırda Ənvər Tağıyevin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcəyini bildirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!