Rüşvət alan həkimlərin ağlasığmaz əməlləri üzə çıxdı -   7 il...

saytların hazırlanması

Evə çatdırılma

Rüşvət alan həkimlərin ağlasığmaz əməlləri üzə çıxdı - 7 il...

Kriminal

09 Sentyabr 2026 10:07 208


Rüşvət almaq və saxta tibbi sənədlər təqdim etməklə vətəndaşlara müavinət ödənilməsini təşkil etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Seymur-M” MMC-nin təsisçisi və direktoru, eyni zamanda şirkətə məxsus “General Hospital” klinikasının baş həkimi Rüstəm Mikayılov və Bakı şəhəri 42 nömrəli (keçmiş 13 nömrəli) şəhər poliklinikasında sahə həkimi işləmiş Səmayə Əşrəfovanın qanunsuz əməlləri ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Toyuqlu pizza

İstintaq zamanı müəyyən edilib ki, Rüstəm Mikayılov və Səmayə Əşrəfova 2017-2024-cü illərdə vəzifədə olduqları dövrdə onlara müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alıblar.

Onların həmin şəxsləri müvafiq tibbi müayinələrdən keçirmədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə tibbi sənədlərlə təmin etdikləri və bu sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etdikləri müəyyən olunub.

Həmçinin Rüstəm Mikayılovun rüşvət kimi əldə etdiyi pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüstəm Mikayılova Cinayət Məcəlləsinin 193-1.3.2, 308.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri, Səmayə Əşrəfovaya isə 308.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

Barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bundan başqa, hüquqi şəxs “Seymur-M” MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul olunub. Rüstəm Mikayılova məxsus əmlak üzərinə də həbs qoyulub.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eyni zamanda, həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılıb və ibtidai istintaq davam etdirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!