26 May - 11:23
Baş Qərargah rəisinin cinayət işində yeni məqamlar aşkarlanıb

Baş Qərargah rəisinin cinayət işində yeni məqamlar aşkarlanıb

Bölgə

27 Yan 2022 13:34


“Ermənistan Respublikası Baş Qərargahının keçmiş rəisi Movses Akopyanın açıqlamalarından sonra başlanmış cinayət işində yeni məqamlar var”.

Yenisabah.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Erməni nəşri mövzunu belə davam etdirib:

“Məlum olduğu kimi, 2021-ci il mayın 4-də Baş Qərargahın sabiq rəisi Movses Akopyana Ermənistan Milli Təhlükəsizlik Xidmətində (MTX) istintaq edilən cinayət işi üzrə ittiham irəli sürülüb. General-polkovnik Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə dövlət sirrini dərc etməkdə ittiham olunur. İyunun 29-da iş ittiham aktı ilə məhkəməyə göndərilib.

Məlumata görə, məhkəmə iclasları bağlı qapılar arxasında keçirilsə də, maraqlı bir hal var. O cümlədən, indi silahlı qüvvələrin Baş Qərargahında komissiya yaradılıb və BQ üzvləri məhkəməyə çağırılıb. Belə bir addımın atılmasına səbəb isə Akopyanın açıqlamalarında nə qədər dövlət sirri olduğunu həmin məmurlardan anlamaq istəmələridir.

Qeyd edək ki, general-polkovnik noyabrın 19-da keçirdiyi mətbuat konfransında ordunu ehtiyatda olanlarla doldurmaq əvəzinə könüllülərin cəbhə bölgəsinə göndərildiyini, səhv hərbi texnikanın alındığını iddia etmiş, eyni zamanda, silah və hərbi texnikanın inkişaf planlarının dəyişdirilməsi və azaldılması məsələsində yeni hakimiyyəti - “Vətəndaş müqaviləsi”ni ittiham etmişdi”, - deyə məqalədə dərc olunub.

 


Youtube kanalımız


Digər xəbərlər